Skarlatake vitse-kapitan oldu
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev cəza səbəbindən Premyer Liqanın 31-ci turunda baş tutacaq "Qəbələ" ilə matçda iştirak etməyəcək.
Klubdan Sportal.az-a verilən məlumata görə, kapitanlıq sarğısı bu oyunda Adrian Skarlatakeyə əmanət edilib. Belə ki, bugünki oyuna müdafiəçi komandanı kapitan kimi meydana çıxaracaq.
Qeyd edək ki, qışda Elnur Abdullayevin gedişindən sonra vitse-kapitanın kim olacağı haqda daha əvvəl məlumat verilməmişdi.
saytlarin hazirlanmasi