AZAL-da 3 zədəli, 1 cəzalı

01:00 - 25 Aprel 2015

Komandada "İnter"lə matç öncəsi itkilər
 
Bu gün Premyer Liqanın 31-ci turunda AZAL səfərdə "İnter"in qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in heyətində zədə və cəza səbəbindən 4 futbolçu bu oyunu buraxmalı olacaq.  Türkiyəyə yolannaraq qardaş ölkədə əməliyyat olunacaq Viktor İqbekoye ilə yanaşı Valeriy Kutsenko, Aleksandr Şemonayev  zədə səbəbindən qarşılaşmanı buraxmalı olacaqlar. Komandanın digər itkisi isə Xuan Fransisko ilə bağlıdır. İspan müdafiəçi sarı vərəqə limitini doldurduğu üçün  komandasına kömək edə bilməyəcək.

Xəbər xətti