Dmitri Sıçov Qazaxıstan çempionatında qol hesabını açdı

22:20 - 25 Aprel 2015

Onun qolu yetərli olmadı

 

Qazaxıstan çempionatının 9-cu turu çərçivəsində “Okjetpes” “Aktobe”ni qəbul eləyib.

 

Sportal.azxəbər verir ki, meydan sahiblərinin heyətində Moskva “Lokomotiv”inin sabiq kapitanı Dmitri Sıçov fərqlənib. Bununla da Sıçov Qazaxıstan çempionatında qol hesabını açmış olub. Lakin oyun “Aktobe”nin 3:2 hesablı qələbəsi ilə sona çatıb.

 

Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlinə 17 xalla “Aktobe” başçılıq edir. “Okjetpes” ondan 5 xal geri qalır.

 

Qazaxıstan çempionatı. 9-cu tur

 

“Okjetpes” - “Aktobe” 2:3

Qollar: Ratkoviç, 46, Sıçov, 77 – Xayrullin, 23, Pitselli, 84, Neko, 88. 

Xəbər xətti