"Xəzər Lənkəran" üzüldü, "Bakı" sevindi

11:42 - 27 Aprel 2015

 

Cəzalı duruma düşüb

 

Premyer Liqanın 31-ci turunda doğma meydanda "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, oyunun 31-ci dəqiqəsində sarı vərəqə alan Rasim Ramaldanov cəzalı duruma düşüb. Belə ki, Rasim sarı vərəqə limitini doldurub.

 

Qeyd edək ki, Ramaldanov 32-ci turda keçiriləcək "Bakı" ilə matçı cəza səbəbindən buraxmalı olacaq.

Xəbər xətti