Avropa Oyunlarının məşəli Naxçıvanda

12:36 - 27 Aprel 2015

Bakıdan Naxçıvana

 

"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Bakıdan Naxçıvana gətirilib.

 

Sportal.az xəbər verir ki, bu gün axşam saatlarında məşəlin Naxçıvanda yandırılması mərasimi keçiriləcək.

 

Qeyd edək ki, aprelin 26-da Atəşgah Məbədindən "Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.

Xəbər xətti