Xorvatiyalı qapıçı sabah "Xəzər Lənkəran"a qoşulur

19:52 - 27 Aprel 2015

Tomiç zədəsini sağaldıb
 
"Qəbələ" məğlubiyyətindən sonra sərbəst  buraxılan "Xəzər Lənkəran" istirahət yekunlaşmaq üzrədir.
 
Sportal.az xəbər verir ki, komanda sabah Lənkəranda toplaşaraq "Bakı" ilə oyunun hazırlıqlarına başlayacaq. Hazırda zədəli olan xorvatiyalı qapıçı ölkəsində müalicəsini davam etdirir. Tomiçin sabah Lənkəranda olacağı və komanda ilə məşqlərə başlayacağı gözlənilir. 
 
Qeyd edək ki, komanda "Bakı" ilə oyuna ciddi itki ilə çıxacaq. Rasim Ramaldanov sarı vərəqə limitini doldurduğu üçün komandaya kömək edə bilməyəcək.

Xəbər xətti