Komanda bir matçı azakeşsiz keçirəcək
UEFA Hollandiyanın "Feyenoord" klubunu cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna Hollandiya təmsilçisinini azarkeşlərinin "Roma"ya qarşı Avropa Liqasının 1/16 final mərhələsində fevralın 26-ı keçirilən cavab matçında irqçi davranışları səbəb olub.Buna görə "Feyenoord" avrokuboklarda oynayacağı növbəti matçı azarkeşsiz keçirəcək. Bundan başqa, klub 100 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, "Roma" sözügedən qarşılaşmada 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.
saytlarin hazirlanmasi