"Çelsi"nin futbolçusu "Real"da?

12:05 - 28 Aprel 2015

Xediraya əvəzləyici

 

"Çelsi"nin nigeriyalı yarımmüdafiəçisi Con Obi Mikel karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunu "Real"ın baş məşqçisi Karlo Ançelotti komandasında görmək istəyir. Mövsümün sonunda Sami Xediranın komandadan gedəcəyi gözlənildiyindən Ançelotti ona əvəzləyici kimi Mikeli heyətə qatmaq niyyətindədi.

 

Qeyd edək ki, Mikel bu mövsüm "Çelsi"nin heyətində çıxdığı 22 matçda 1 qol və 1 asistlə yadda qalıb.

Xəbər xətti