Ənənəvi cüdo turniri
Rusiyanın Dərbənd şəhərində Sovet İttifaqı Qəhrəmanı Şamsulla Əliyevin 100 illik xatirəsinə həsr olunan ənənəvi cüdo turniri keçirilib.
Sportal.az xəbər verir ki, Aprelin 24-25-də keçirilən ənənəvi Ümumrusiya Cüdo Turnirində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr mübarizə aparıb. Yarışda “Qəbələ” İdman Klubunun idmançıları da çıxış edib.
Məşqçi Rail İsmayılovun rəhbərliyi altında rayon bölməsinin 9 cüdoçusu mükafatlar uğrunda mübarizə aparıb. Rusiyada 6 medal qazanan “Qəbələ” komanda hesabında yarışın qalibi olub. Cüdoçular 3 qızıl, 1 gümüş, 2 bürünc medal qazanmağı bacarıb. Bəndalı Bəndalıyev (34 kq), Murad Bəşirov (46 kq) və Naməddin Yunusov (55 kq) bütün rəqiblərini məğlub edib, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Osman Osmanlı (50 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata layiq görülüb. Novruz Əlverdiyev (30 kq) və Ümid Aslanov (42 kq) yarışı 3-cü pilləsində başa vurub.
saytlarin hazirlanmasi