AZAL-ın futbolçusu əməliyyat olundu

00:28 - 29 Aprel 2015

İqbekoyi bu mövsüm oynamayacaq
 
AZAL-ın futbolçusu Viktor İqbekoyinin bu gün Mərkəzi Gömrük xəstəxanasında qasıq nahiyəsindən əməliyyat   olunacağı ilə bağlı məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, yarımmüdafiəçinin əməliyyatı artıq baş tutub. Onun əməliyyatdan sonrakı durumunun normal olduğu bildirilir. Qeyd edək ki, İbekoye bu zədəsinə görə mövsümün sonuna qədər AZAL-a kömək edə bilməyəcək.
 
Xatırladaq ki, futbolçunun AZAL-la müqaviləsi yayda başa çatır.

Xəbər xətti