"Fənər" - "Xəzər Adaları" matçında 7 qol

00:36 - 29 Aprel 2015

Xal fərqi 5-ə enib
 
Futzal üzrə ölkə çempionatında turun mərkəzi oyunu - “Fənər” - “Xəzər adaları” qarşılaşması baş tutub.
 
Sportal.az xəbər  verir ki, “Abu Arena”da keçirilən qarşılaşmada 7 qol vurulub. Belə ki, sona yaxın “Xəzər adaları” 3:2 hesabı ilə öndə olsa da, rəqib əzmkarlıq nümayiş etdirərək 1 dəqiqə ərzində 2 qol vurub. Beləcə, matç “Fənər”in 4:3 hesablı qələbəsi ilə tamamlanıb.
 
Qeyd edək ki, sona 4 tur qalmış lider “Xəzər adaları”nın aktivində 42 xal var. “Fənər” qələbə sayəsində əsas rəqibi ilə xal fərqini 5-ə endirib.

Xəbər xətti