Yeniyetmələr arasında boks turniri
Şağan Olimpiya Kompleksində keçirilən Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirdə finalçılar məlum olub.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının 5 üzvü həlledici göruşlərə vəsiqə qazanıb.
Niyaməddin Allahverdiyev (52 kq), Elton Məmmədov (57 kq), Bəxtiyar Qazıbəyov (60 kq), Şaiq Malikov (70 kq) və Məhəmməd Abdullayev (+80 kq) finala vəsiqə qazanıblar.
saytlarin hazirlanmasi