Milan klubundan daha bir transfer?
Yunanıstanın "Olimpiakos" klubunun sol cinah müdafiəçisi Artur Masuaku karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 21 yaşlı fransalı futbolçu ilə "İnter" yaxından maraqlanır. Milan təmsilçisinin idman direktoru Pyero Ausilio Masuakunun oyununu izləmək üçün Yunanıstana yollanıb.
Qeyd edək ki. Artur bu mövsüm "Olimpiakos"un heyətində 38 matçda forma geyinib.
saytlarin hazirlanmasi