Futbolda yeni qayda

18:12 - 29 Aprel 2015

Oyunda 4 dəyişiklik olacaq?
 
Dünya Futbolçular Birliyi (FİFPRO) rəsmi "Twitter" səhifəsində maraqlı sörğu keçirib.
 
Sportal.az xəbər verir ki, 27 ölkədən 244 futbolçu arasında keçirilən sorğuda  oyun zamanı üç deyil, dörd oyunçu dəyişikliyin olması ilə bağlı məsələ müzakirə olunub. 
 
Sorğuda iştirak edən  244 futbolçudan 205-i  nəzərdə tutulan yeni qaydanı müsbət qiymətləndirib. 
 
Qeyd edək ki, Beynəlxalq Futbol İttifaqı Kabineti bu ilin  fevral ayında uzatma dəqiqələri oynanılan zaman dördüncü oyunçu dəyişikliyinin edilməsi ilə bağlı göndərilən təkliflərə rədd cavabı vermişdi.

Xəbər xətti