Qapını kim qoruyacaq?
Premyer Liqanın 32-ci turunda "Bakı"nın qonağı olacaq "Xəzər Lənkəran" yenə heyətlə bağlı problem yaşayır.
Klubdan Sportal.az-a verilən məlumata görə, fərdi məşqlə kifayətlənən xorvatiyalı qolkiper Vyekeslav Tomiç bu oyunda da komandasına kömək edə bilməyəcək. Çərçivə "Qəbələ" ilə oyunda inamlı təsir bağışlayan gənc Tərlan Qasımzadəyə əmanət ediləcək.
Xatırladaq ki, 3 müdafiəçi Rasim Ramaldanov, Elvin Mirzəzadə, İlyas Səfərzadə və hücumçu Ağabala Ramazanov da bu matçda komandaya kömək etməyəcək. Qarşılaşma mayın 2-də saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi