"Təhsil kuboku"nun püşkü atıldı

19:07 - 29 Aprel 2015

1/16 final mərhələsinin təqvimi məlum oldu
 
Bu gün AFFA-nın inzibati binasında AFFA və Təhsil Nazirliyinin bigə təşkilatçılığı ilə mayın 4-dən 22-dək keçiriləcək “Təhsil kuboku” turnirinin püşkü atılıb.
 
Sportal.az xəbər verir ki, ali təhsil müəssisələri arasında keçiriləcək turnirin püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov iştirak ediblər.
 
 
Püşkün nəticəsinə əsasən, 1/16 final mərhələsində keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
Bakı Dövlət Universiteti - Naxçıvan Dövlət Universiteti 16:00 04.05.2015
 
Bakı Slavyan Universiteti - Təfəkkür Universiteti 18:00 04.05.2015
 
Sumqayıt Dövlət Universiteti - Azərbaycan Memarlıq və İnşaat Universiteti 16:00 05.05.2015
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti - Gəncə Dövlət Universiteti 18:00 05.05.2015
 
Azərbaycan Müəllimlər İnstitutu - Qafqaz Universiteti 16:00 06.05.2015
 
Azərbaycan Dillər Universiteti - Azərbaycan Kooperasiya Universiteti 18:00 06.05.2015
 
Qərb Universiteti - Azərbaycan Tibb Universiteti 16:00 07.05.2015
 
Azərbaycan Əmək və Sosial Akademiyası - Mingəçevir Politexnik İnstitutu 18:00 07.05.2015
 
Azərbaycan Dövlət Neft Akademiyası - Azərbaycan Dövlət Aqrar Universiteti 16:00 08.05.2015
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Bakı Biznes Universiteti 18:00 08.05.2015
 
Azərbaycan Turizm və Menecment Universiteti - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 10:00 09.05.2015
 
Azərbaycan Diplomatik Akademiyası - Azərbaycan Dövlət İqtisadiyyat Universiteti 12:00 09.05.2015
 
Bakı Avrasiya Universiteti - FHN Akademiyası 18:00 11.05.2015
 
Azərbaycan Universiteti - Azərbaycan Dövlət İdarəçilik Akademiyası 16:00 12.05.2015
 
Azərbaycan Milli Aviasiya Akademiyası - Azərbaycan Dövlət Dəniz Akademiyası 18:00 12.05.2015
 
Bütün oyunlar Binə stadionunda keçiriləcək

Xəbər xətti