32-ci tura hazırlıq
Premyer Liqanın XXXI turundan sonra iki günlük istirahətə buraxılan “Xəzər Lənkəran” hazırlıqlarını Lənkəranda davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədə səbəbindən son turu buraxan Vyekoslav Tomiç artıq komandaya qoşulsa da fərdi olaraq məşqlərini davam etdirir. “Qəbələ” ilə görüşdə dizindən zədə alan İlyas Səfərzadə isə müaliçə aldığından məşqlərə qoşulmur.
Qeyd edək ki, “Xəzər Lənkəran” may ayının 1-də hazırlığını tamamlayıb paytaxta yola düşəcək və oyunöncəsi son məşqini matçın keçiriləcəyi stadionda tamamlayıb matç saatını gözləyəcək.
saytlarin hazirlanmasi