Karateçilərimiz "Bosphorus Open"də

17:02 - 30 Aprel 2015

Hazırlığın son mərhələsi

 

Bakı-2015 1-ci Avropa Oyunlarına hazırlığın son mərhələsində olan qadınlardan ibarət karate üzrə milli komandamız İstanbula nüfuzlu turnirə yollanıb.

 

Sportal.az xəbər verir ki, 1-3 may tarixlərində müxtəlif yaş quruplarında 28-ci "Bosphorus Open" beynəlxalq turnirində böyüklərdən 5 nəfər kumite, 2 idmançı kata yarışlarında, 2 karateçi isə 16-17 və 18-21 yaşlılar arasında tatamiyə çıxacaq. 


Kumitedə 16-18 yaşlı seçmə komandanın üzvlərindən Ülvi Qurbanov (-60 kq), 18-21 yaşlılardan Sərxan Quluzadə (+84 kq), böyüklərdən Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Aytən Səmədli (+68 kq) döyüşəcək. Kata yarışlarına isə Tural Balcanlı ilə Ədilə Qurbanova qatılacaq.


16-18 yaşlı gənclərdən ibrət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyevə məşqçi Denis Morozov kömək edəcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə İstanbula yola düşən idmançılarımız mayın 4-də Bakıya qayıdacaqlar.

Xəbər xətti