Daha bir millidə baş məşqçi istefası

18:57 - 30 Aprel 2015

Belmadi Qətərdən getdi
 
Qətər millisinin baş məşqçisi Camel Belmadi istefaya göndərilib.
 
Sportal.az xəbər verir ki, Qətər yığmasının Asiya kubokunda uğursuz çıxış etməsi rəhbərliyi narazı salıb.
 
Bu səbəbdən Qətər Futbol Federasiyasının rəhbərliyi Belmadi ilə yolları ayırmaq qərarına gəlib. Yeni baş məşqçinin "DÇ-2018"in seçmə mərhələsinin oyunarına qədər müəyyənləşəcəyi gözlənilir.
 
Qeyd edək ki, Qətər yığması bir ay sonra başlayacaq "DÇ-2018"in seçmə mərhələsində Çin, Butan, Maldiv adaları və Honkonq yığmaları iə eyni qrupda mübarizə aparacaq. 

Xəbər xətti