Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

10:49 - 1 May 2015

Seçmə mübarizə start götürür

 

Bu gün Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək.

 

Sportal.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan təmsilçiləri də seçmə mübarizəyə başlayacaqlar. 

 

Anatoli Melnik 1 nəfərlik kanoe qayığı (C-1) ilə həm 1000 metr, həm də 500 metr, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr, olimpiya çempionu İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə ilk yürüşdə iştirak edəcəklər. 

Qeyd edək ki, Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin rəqibləri arasında Azərbaycan yığmasının sabiq üzvləri də olacaq. Bunlar hazırda Türkiyəni təmsil edən Nikolay Matviyçuk və Adnan Əliyevdən ibarət duetdir. 

Qeyd edək ki, Avropa çempionatına mayın 3-də yekun vurulacaq.    

Xəbər xətti