Oyunu davam eləyə bilmədi
Premyer Liqanın 32-ci turu çərçivəsində keçirilən "Bakı" - "Xəzər Lənkəran" (2:1) matçında qonaqlar ciddi itki ilə üzləşib.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, cənub təmsilçisinin futbolçusu Sadio Tounkara 2-ci hissədə zədələnərək oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, Tounkaranın hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.