"Terespol-Zirvə" beynəlxalq turnirdə uğurla çıxış etdi

13:00 - 3 May 2015

1-ci mərhələ yarışları

 

Aprelin 25-də Terespol şəhərində “Beynəlxalq Gənclər Liqası”nın 1-ci mərhələ yarışı keçirilib.

 

Sportal.az xəbər verir ki, qaliblərin Sinkleyr cədvəli ilə müəyyən edildiyi turnirdə Polşadan bir, Belarusdan isə iki komanda iştirak edib. Körpücük üzərinə ümumilikdə 26 ağır atlet çıxıb: 5 qız və 21 oğlan.
 

Polşanı yarışda “Terespol-Zirvə” klubunun nümayəndələri təmsil edib. Rəqiblər isə “Pinsk” və “Sidor Brest” olub.

Qızların yarışında Anna Xomyuk bürünc medal qazanıb. U-12 oğlanların mübarizəsində hər 3 medalı “zirvəçilər” əldə edib. Yuxarı yaşlarda fəxri kürsüyə qalxan atletimiz olmayıb. Buna baxmayaraq, ümumi sıralamada “Terespol-Zirvə” 1090.8 xalla birinci pilləni tutub.

Xəbər xətti