Hər üç hakim amerikalı boksçunun leyhinə qərar verib
Bütün dünyanın maraqla gözlədiyi və "Əsrin boks matçı" adlandırıldığı döyüş baş tutub.
Sportal.az хəbər verir ki, bu gecə ABŞ-ın Nevada ştatının Las Veqas şəhərindəki "MGM Grand Garden Arena"da baş tutan döyüşdə Menni Pakyao və Floyd Meyuezer münasibətlərini aydınlaşdırıb.
12 raundluq döyüşü Floyd Meyuezer qazanıb. Hər üç hakim amerikalı boksçunun leyhinə qərar verib. Bununla da o, WBC, WBO və WBA kəmərlərinin hamısına birdən sahib olub.
Ümumilikdə 400 milyon gəlir gətirən matçın 280 milyon dollarlıq mükafat fondunun 60 faizi Floyd Meyuezerin (168 milyon dollar), 40 faizi isə Menni Pakyaonun (112 milyon) payına düşüb. Meyuezerin qazandığı WBC çempionluq kəmərinin dəyəri 1 milyon dollardı. 800 qram qızıldan olan kəmərin üstündə 3017 zümrüd var və 165 ölkənin bayrağı həkk olunub.
saytlarin hazirlanmasi