"Artıq Azərbaycan futboluna və ölkəyə alışmışam"

15:37 - 3 May 2015

Namaşko: "AZAL-da 20-dən çox oyun keçirmişəm"
 
AZAL-ın moldoval qapıçısı Stanislav Namaşko komandadakı işləri ilə bağlı ölkəsinin mətbuatına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Komandadakı işlərim normaldır. Artıq Azərbaycan futboluna və ölkəyə alışmışam. Daimi oyun təcrübəm var. AZAL-da 20-dən çox oyun keçirmişəm. Hazırda komandamızın Avropa Liqasına vəsiqə qazanmaq şansı qalmayıb. Ona görə də əsas hədəfimiz qarşıdakı oyunlarda layiqli çıxış etməkdən ibarətdir".

Xəbər xətti