Bakıda velosiped yürüşü

18:08 - 3 May 2015

100-dən artıq velosipedçi iştirak edib
 
Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunub.
 
Sportal.az xəbər verir ki, yürüşdə 100-dən artıq peşəkar və həvəskar velosipedçi iştirak edib.
 
Tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Xəbər xətti