Millimiz qələbə qazandı

11:03 - 7 May 2015

Oyunun taleyi tay-brekdə həll olunub
 
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusla yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Avropa çempionatının pley-off mərhələsinin Slovakiya ilə qarşılaşmalarına və Bakıda baş tutacaq I Avropa Oyunlarına hazırlaşan yığmamız rəqibini Voleybol Mərkəzində sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən duelin qalibi 5 setdə müəyyənləşib. Belə ki, oyunun taleyi tay-brekdə həll olunub.
 
İlk iki setdə məğlub olan komandamız oyunda dönüş yaratmağa müvəffəq olub. Əzmkar qələbəyə sevinən millimiz qonaqları 3:2 (23:25, 20:25, 25:22, 25:11, 15:9) hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 8-də yenidən üz-üzə gələcək.

Xəbər xətti