33-cü tura hazırlıq
Premyer Liqanın XXXIII turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqini keçirəcək.
Sportal.az xəbər verir ki, saat 17:00-da “Xəzər Lənkəran”, saat 18:00-da isə “Qarabağ” komandası “Fırtınalar meydanı”nda oyunöncəsi son hazırlığa başlayacaqlar.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" matçı sabah saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi