Avropa Oyunlarına hazırlıq
Voleybolçu qadınlardan ibarət millimiz bu gün növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, komandamız qitə birinciliyinin seçmə mərhələsi və Avropa Oyunlarına hazırlıq çərçivəsində yenə Belarus yığmasıyla qarşılaşıb. Dünən baş tutmuş görüşdə rəqibin ciddi müqavimətilə üzləşən voleybolçularımız bu dəfə çətinlik çəkməyiblər. 3 set davam etmiş görüşdə belarusluları quru hesabla məğlub edən komandamız meydandan qalib ayrılıb.
Qeyd edək ki, tərəflər arasında daha bir yoldaşlıq oyunu baş tutacaq. Həmin görüş sabah səhər saatlarına planlaşdırılır.
saytlarin hazirlanmasi