Ağayev ilk qələbəsini qazandı

15:39 - 8 May 2015

4 oyunliq tislim qırıldı
 
Rusiya II divizionunda XXV tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, millimizin sabiq müdafiəçisi Emin Ağayevin çalışdırdığı Tver "Volqa"sı bu turda Kostroma "Spartak"ını qəbul edib.
 
Çempionatda sonuncu dəfə keçən ilin 11 oktyabrında qalib gələn tverlilər 4 qələbəsiz oyundan sonra nəhayət 3 xal qazanıb. Bu, Ağayevin "Volqa"nın sükanı arxasında rəsmi oyunlarda ilk qələbəsi olub. Bu oyundan sonra hesabındakı xalların sayını 25-ə çatdıran "Volqa" 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti