UEFA-nın məşqçilərimiz üçün imtahanı yekunlaşdı

15:55 - 8 May 2015

İsveçrəli mütəxəssislərin başçılığı ilə...

 

Mayın 4-dən etibarən AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun imtahanlar mərhələsi başa çatıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,kurslarda AZAL-ın baş məşqçisi Tərlan Əhmədov, "Bakı"nın məşqçisi Novruz Əzimov, "Qəbələ"nin sabiq çalışdırıcısı Fatih Kavlak, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev və başqaları iştirak ediblər.

 

Xatırladaq ki, kursa UEFA-dan dəvət olunmuş isveçrəli mütəxəssislər Dani Rayser və Fritz Şmid, həmçinin Almaniya təmsilçisi Erix Rütemöller rəhbərlik ediblər.

Xəbər xətti