Təbriz klubu çempionluğa daha bir addım yaxınlaşdı VİDEO
11:03 - 11 May 2015
"Traktor Sazi"dən növbəti qələbə
İran çempionatında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın paytaxtı Təbrizin "Traktor Sazi" klubu bu tur səfərdə "İstiqlal"la qarşılaşıb. Matç Təbriz klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qalibiyyətlə xalını 57-ə yüksəldən “Traktor Sazi” sona bir tur qalmış liderliyini qoruyub. İkinci pillədə qərarlaşan “Naft Tahran”ın da 57 xalı var.