"Qalatasaray" azarkeşlərinə İbrahimoviç müjdəsi

16:50 - 11 May 2015

Türkiyəyə gəlir?

 

"İbrahimoviç məndən hər zaman Türkiyəni və İstanbulu soruşur. Karyerasında belə bir dəyişikliyi mütləq istəyər".

Sportal.az xəbər verir ki, bunu İsveç milli komandasının üzvü, türk əsilli futbolçu Erkan Zengin söyləyib. Futbolçunun bu açıqlaması "Qalatasaray" azarkeşlərini bir xeyli sevindirib. 

Bir neçə gün öncə isə İbrahimoviçin meneceri mətbuata açıqlama verərək "sarı-qırmızılı" klubla danışıqlar apardıqlarını bildirmişdi. 

Qeyd edək ki, ulduz futbolçu hazırki klubu PSJ-dən ayrılmaq niyyətindədir. Fransızlar da ulduz futbolçunu qalmaqallı açıqlamalarına görə klubdan göndərmək istəyir. Əgər türk klubu ulduz futbolçuya görə PSJ ilə razılığa gələ bilsə gələn mövsümdən İbrahimoviçi Türkiyə Super liqasında izləmək mümkün olacaq.

Xəbər xətti