Səfərin 30-cu günü
Portuqaliyalı velosipedçi Xorxe Kritovao Lissabondan Bakıya velosipedlə etdiyi səfərin 30-cu günündə Yunanıstanın Saloniki şəhərində yerləşən Olimpiya muzeyində olub.
Sportal.az xəbər verir ki, o, muzeyin direktoru Kiriaki Ouratzi ilə görüşərək ona “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi bayrağını və Oyunların Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubunu təqdim edib.
Portuqaliyalı velosipedçi aprelin 10-da Lissabondan başladığı səfəri iyunun 10-da Bakıda başa çatdıracaq.
saytlarin hazirlanmasi