"Bakı-2015" Kuba teleşirkəti ilə müqavilə bağladı

21:22 - 12 May 2015

Avropa Oyunlarını 3 milyondan çox kubalı ailə izləyəcək
 
Bakı-2015 Avropa Oyunları Əməliyyat komitəsi köhnə dünya sərhədlərindən kənarda Avropa Oyunlarının yayımını təmin edəcək daha bir televiziya müqaviləsinin imzalanmasını elan edib.  
 
Sportal.az xəbər verir ki, qarşıdan gələn yarışların telehüququ Television-dan (ICRT) Kubanın teleradio şirkəti Instituto Cubano de Radio əldə edib. Şirkətin telekanalı 3,8 milyon Kuba evində ödənişsiz yayımlanır.
 
Qeyd edilib ki, Kuba Avropa Oyunları-2015-in yayımına hüquq əldə edən ilk Latın Amerikası ölkəsi olub.
 
Oyunların başlamasına qalan bir ay müddətində bu regionun digər ölkələri ilə də bir neçə müqavilənin imzalanacağı istisna edilmir.

Xəbər xətti