Azərbaycan kubokunun finalçıları məlum oldu

00:44 - 13 May 2015

"Xəzər Adaları" yarımfinalda dayandı
 
Futzal üzrə Azərbaycan kubokunun finalçıları məlum olub.
 
Sportal.az xəbər verir ki, yarımfinal mərhələsinin ən maraqlı görüşü "Neftçi" və "Xəzər Adaları" komandaları arasında baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada "Neftçi" Azərbaycan çempionatının sonuncu qalibini 8:4 hesabı ilə məğlub edib.
 
Beləliklə, Azərbaycan kubokunun həlledici matçında "Fənərbaxça" ilə "Neftçi" klubları görüşəcək. Oyun may ayının 17-də keçiriləcək.

Xəbər xətti