Yığmaların üzvləri film çəkilişi təlimlərində

01:11 - 13 May 2015

BirDeqiqelikFilm çəkilişi üzrə təlim başlayıb
 
Mayın 11-də AFFA və UNICEF-in əməkdaşlığı çərçivəsində UNICEF-in BirDeqiqelikFilm çəkilişi üzrə təlim başlayıb.
 
Sportal.az xəbər verir ki, təlimdə qızlardan ibarət U-15 və U-17, həmçinin oğlanlardan ibarət U-16 və U-17 Azərbaycan yığma komandalarının oyunçuları iştirak edir.
 
Təlim mayın 15-dək davam edəcək və iştirakçı futbolçular yeni biliklərini istafadə edərək sosial mövzularda çəkəcəkləri bir dəqiqəlik filmləri təqdim edəcəklər.

Xəbər xətti