Orxan Məmmədovdan 8 sarı vərəqə

14:33 - 27 Oktyabr 2015

Avropa Çempionatı matçı

 

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində daha bir oyun idarə edib.

 

Sportal.az xəbər verir ki, Lüksemburq - Avstriya görüşünü idarə edən Məmmədov bu görüşdə 8 sarı vərəqə çıxarıb ki, onların 4-ü lüksemburqlu, qalanı isə avstriyalı futbolçulara göstərilib. Qarşılaşma 2:1 hesabıyla avstriyalıların xeyrinə başa çatıb. 

 

Qeyd edək ki, Məmmədov daha öncə 5-ci qrup çərçivəsində Avstriya - Litva matçını (2:0) idarə edib.

Xəbər xətti