"Rəvan"ın futbolçusu: "Qəbələ"də Syominin vaxtında bu mövqedə oynamışam"

12:28 - 4 Aprel 2016

"Ola bilər ki, "Neftçi" də əvvəlki gücündə deyil"

 

Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Neftçi"ni qəbul edən "Rəvan" 1:0 hesablı qələbə qazanıb.

 

Oyun barədə Sportal.az-a açıqlama verən oyunun ən yaxşılarından "Rəvan"ın üzvü Ruslan Tağızadə maraqlı fikirlər səsləndirib:

 

"Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik ki, xal ehtiyatını artıraq. Bunu bacardığmız üçün sevincliyik. Bu oyunda fərqli mövqedə oynadım. Lakin, fərqli mövqedə oynamaq mənə çətinlik yaratmadı. "Qəbələ"də Syominin vaxtında bu mövqedə oynamışam. Ona görə, mənim üçün narahatçılıq olmadı. Baş məşçqi harda deyirsə, futbolçu da orda oynamalıdır. Ola bilər ki, "Neftçi" də əvvəlki gücündə deyil. Amma, nəzərə almaq lazımdır ki, "Neftçi"nin heyətində yaxşı futbolçular var. Sadəcə, rəqibi yaxşı analiz elədik. Güclü tərəflərini istifadə etmələklərinə imkan vermədik".

 

Növbəti turda keçirəcəkləri "Zirə" ilə qarşılaşma barədə də danışan Tağızadə bunları qeyd edib:

 

"Öz meydanımızda oynamaq bizim üçün əlavə stimuldu. Bu oyunda da meydana qələbə üçün çıxacağıq. "Zirə" yaxşı komandadır. Lakin, bu bizi qorxutmur. İnanıram ki, hər iki komanda gözəl oyun sərgiləyəcək".

Xəbər xətti