Oqtay Abdullayev: "Yayılan xəbərlər həqiqəti əks etdirmir"

00:16 - 9 Aprel 2016

"Neftçibaza"nın rəhbəri yayılan xəbərlərə münasibət bildirdi
 
Dünən mətbuatda milli olimpiya komitələrinin təlim-məşq bazasının (köhnə "Neftçibaza") özəlləşdirilməsi barədə məlumat yayılıb. Yayılan informasiyaya görə, yaxın 2-3 ay ərzində baza satışa çıxarılacaq və müəssisəyə nəzarət Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun əlinə keçəcək.
 
Bu məsələyə bazanın hazırki rəhbəri Oqtay Abdullayev Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Yayılan xəbərlər həqiqəti əks etdirmir. Belə məlumatların hardan və necə qaynaqlandığını bilmirəm. Nazirimiz Azad Rəhimov daim idmançıların qayğısına qalmaqla seçilib. Onu da bildirim ki, nazir təlim-məşq bazasında nə zaman problem olubsa, öz dəstəyini əsirgəməyib və daima bazanın şəraitinin yaxşılaşdırılmasına və idmançılar üçün ideal mühitin yaradılması üçün əlindən gələni edib. Rəhimov nazir kimi öz işinin öhdəsindən layiqincə gəlir".

Xəbər xətti