"Borussiya"dan ayrıldı, qardaşı ilə komanda yoldaşı oldu

17:40 - 13 İyul 2017

Dortmund “Borussiya”sının futbolçusu Sven Bender komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı dayaq yarımmüdafiəçisi digər Bundesliqa təmsilçisi “Bayer"ə keçib.

 

“Aspirinlər” Almaniya millisinin üzvü üçün qarşı tərəfə 15 milyon avro ödəyib. 4 illik müqaviləyə imza atan Sven Bender leverkuzenlilərin heyətində əkiz qardaşı Lars Benderlə bir yerdə top qovacaq.

 

Qeyd edək ki, qardaşlar daha əvvəl 2006-2009-cu illərdə “Münhen 1860”da komanda yoldaşı olub.

Xəbər xətti