Almaniyanın "Köln" klubunun futbolçusu Antoni Modeste Çinə transfer olunub.
Sportal.az xəbər verir ki, 29 yaşlı forvard "Tianjin Quanjian"k klubuna keçib.
Çinlilər bu transferə görə Bundesliqa klubuna 29 milyon avro ödəyəcək. Bununla da Modeste "Köln"ün tarixi ərzində satdığı ən bahalı futbolçu olub. Bundan əvvəlki rekord Lukas Podolskiyə məxsus idi. "Köln" onu "Bavariya"ya 15 milyon avroya satmışdı.
saytlarin hazirlanmasi
