"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın "Lill" klubunun müdafiəçisi Sebastian Korçianı transfer edib. Əndəlus klubunun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, fransız müdafiəçi 2014-cü ildən "Lill"də çıxış edirdi. O, Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 102 oyunda 4 qolla yadda qalıb.
saytlarin hazirlanmasi
