Ötən mövsüm göstərdiyi oyun ilə Avropa nəhənglərinin diqqətini cəlb edən "Başakşəhər"in futbolçusu Çengiz Ünder karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Roma"ya transfer olub. Tibbi müayinədən keçdikdən sonra gənc futbolçu ilə 5 illik rəsmi müqavilə imzalanacaq. "Canavarlar" Türkiyə millisinin üzvünə görə İstanbul təmsilçisinə 15 milyon avro ödəyəcək.
Qeyd edək ki, Cengiz Ünder "Başakşəhər"ə ötən mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olmuşdu. O, "narıncı-göylər"in heyətində meydana çıxdığı 43 rəsmi oyunda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
