Madrid "Real"ı heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "kral klubu" "Betis"in yarımmüdafiəçisi Dani Sabilyası transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, İspaniya U-21 millisinin üzvü ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "Betis"də çıxış edirdi. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 98 matçda 7 qolla yadda qalıb.
Xatırladaq ki, "Real" daha öncə "Atletiko"dan Teo Hernandesi də transfer etmişdi.
saytlarin hazirlanmasi
