"Barselona" sabiq futbolçusu Xerardo Deulofeunu yenidən heyətinə cəlb edib.
Sportal.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı xəbər yayıb. La Liqa təmsilçisi 2015-ci ildə "Everton"a satdıqları 23 yaşlı futbolçu ilə müqavilə imzalayıblar. Lakin müqavilənin müddəti və şərtləri haqda məlumat veriməyib.
Qeyd edək ki, "Barsa"nın yetirməsi olan Deulofeu ötən mövsüm icarə əsasında "Milan"da oynayıb.
saytlarin hazirlanmasi
