Ötən mövsümün sonunda “Milan”dan ayrılan Keysuke Hondanın yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi karyerasını Meksikanın “Paçuka” komandasında davam etdirəcək. Bu barədə futbolçu özünün şəxsi “Tvitter” səhifəsində məlumat verib.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddət ərzində 90 oyuna 11 qol vurub.
saytlarin hazirlanmasi
