İtaliyada ilin transferi baş tutdu: Bonuççi "Milan"da

17:59 - 14 İyul 2017

"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "rossonerilər" "Yuventus"un müdafiəçisi Leonardo Bonuççini transfer edib. İtaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. 30 yaşlı futbolçu yeni klubunda illik 6,5 milyon avro qazanacaq.

 

"Milan" təcrübəli müdafiəçinin keçidi üçün Turin təmsilçisinə 40 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, Bonuççi 2010-cu ildən "Yuventus"da çıxış edirdi. O, "qoca sinyora"nın heyətində meydana çıxdığı 227 oyunda 15 qolla yadda qalıb.

Xəbər xətti