Türkiyə millisinin üzvü rəsmən Çexiya klubunda

18:35 - 14 İyul 2017

"Qalatasaray"ın futbolçusu Semih Kaya karyerasını Çexiyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Praqa "Sparta"sı ilə anlaşıb. 26 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

 

Çexiya təmsilçisi Semihin transferi üçün "cim bom"a 2 milyon avro ödəyəcək. Futbolçunun özü isə Praqa klubunda illik 1,5 milyon avro qazanacaq. 

Xəbər xətti