"Mançester Siti" "Tottenhem"in futbolçusunu transfer etdi

19:14 - 14 İyul 2017

"Mançester Siti" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "şəhərlilər" "Tottenhem"in müdafiəçisi Kayl Uolkeri transfer edib. İngiltərə millisinin üzvü ilə 5 illik sözləşmə imzalanıb. "Mançester Siti" bu keçid üçün londonlulara 56 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, 27 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb və 5 qolun ötürməsini edib.

Xəbər xətti