“Bavariya” bir müddət öncə “Verder”dən 8 milyon avroya transfer etdiyi Serj Qnabrini icarəyə verib.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Münhen klubunun rəsmi saytı yayıb. Xəbərdə 22 yaşlı yarımmüdafiəçinin “Hoffenhaym”a bir illik icarəyə verildiyi qeyd edilib.
Xatırladaq ki, iyulun 1-də Qnabri “Bavariya” ilə 3 illik müqavilə bağlayıb.
saytlarin hazirlanmasi
